2025-ci ilin sonuna Azərbaycanın dövlət borcu proqnozu açıqlanıb

17 Sentyabr 2024 21:33

2025-ci ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 30 milyard manat səviyyəsinədək və ya ÜDM-in 23 faizinə çatacağı proqnozlaşdırılır.

Bu barədə Milli.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, həmin dövrdə xarici dövlət borcunun 9 milyard manat və ya ÜDM-in 7 faizi həcmində, daxili dövlət borcunun isə 21 milyard manat və ya ÜDM-in 16 faizi həcmində olacağı gözlənilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun