Otis Devis 92 yaşında ÖLDÜ

17 Sentyabr 2024 20:58

ABŞ-dən olan ikiqat olimpiya çempionu vəfat edib.

Milli.Az bildirir ki, Oxu.Az bu barədə Sport-express.ru-ya istinadən xəbər verir.

Atlet 92 yaşında ölüb.

Qeyd edək ki, Otis Devis dünya atletika tarixinə fenomenal nailiyyətləri ilə daxil olub. 1960-cı ildə Romada keçirilən Olimpiya Oyunlarında o, iki qızıl medal qazanıb - 400 metr məsafədə və 4x400 metr estafetində. Onun fərdi qaçışdakı qələbəsi əsl sensasiya olub - Devis yarışın favoriti olan alman Karl Kaufmanı fotofinişdə qabaqlayaraq 44.9 saniyəlik nəticə göstərib. Bu nəticə yeni dünya rekordu olub və tam üç il qüvvədə qalıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun