Rumıniyada naməlum şəxs parlamentin binasını yandırmağa cəhd edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Puterea" nəşri məlumat yayıb.
O, bir qrup şəxslə binaya daxil olaraq oradakı mağazanı yandırıb, işçilərdən birinin üstünə benzin töküb.
Yanğın parlamentin giriş hissəsində və xüsusi mühafizə olunan ərazidən kənarda baş verib.
Binadan 300 nəfərin təxliyə edildiyi bildirilir.
Hadisədən sonra hücuyanğını törədən şəxs qaçıb. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarışa verilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun