İran səfiri partlayışda gözünü itirib? - YENİLƏNİB

18 Sentyabr 2024 13:06

13:06

İranın Livandakı diplomatik missiyası partlayışda xəsarət alan səfir Müctəba Əmaninin vəziyyəti barədə açıqlama verərək mediada yayılan xəbərlərə inanmamağa çağırıb.

Milli.Az Azad İra Teleqram kanalına istinadən xəbər verir ki, Beyrutdakı səfirlik bu barədə "X" hesabında paylaşım edib.

Bildirilib ki, İran səfirinin müalicəsi uğurla davam etdirilir.

"Onun sağlıq durumunun pis olması və ya görmə qabiliyyətini itirməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil", - deyə səfirlikdən vurğulanıb.

----------
10:13


Xəbər verdiyimiz kimi, İranın Livandakı səfiri Müctəba Əmani Beyrutda peycerlərin partlaması nəticəsində xəsarət alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, səfir hadisə nəticəsində bir gözünü itirib, digər gözündən isə ciddi xəsarət alıb.

İran İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) nümayəndələrinin verdiyi məlumata görə, Əmaninin vəziyyəti ilk olaraq açıqlanandan fərqli olaraq daha ciddidir.

Bildirilib ki, o, müalicə üçün Tehrana aparılacaq.

Xatırladaq ki, sentyabrın 17-də Beyrutda "Hizbullah" tərəfindən istifadə edilən portativ rabitə qurğuları anidən partladılıb. Hadisə nəticəsində 11 nəfər ölüb, 4 mindən çox insan isə yaralanıb.

----------------
2024.09.17


İranın Livandakı səfiri Müctəba Əmani Beyrutda partlayış nəticəsində yaralanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "Mehr" agentliyi məlumat yayıb.

Belə ki, səfirin Livandakı kütləvi kiberhücum zamanı baş verən partlayışda yaralandığı bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun