Namus üstündə 3 nəfəri güllələdi

17 Sentyabr 2024 19:22

Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərində baş verən qarşıdurma nəticəsində 3 nəfər güllələnərək öldürülüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, qarşıdurma namus məsələsi üstündə olub, keçmiş ər həyat yoldaşı ilə münasibətdə olduğundan şübhələndiyi gənci öldürmək istəyib.

Nikahdan kənar münasibətdə günahlandırılan gənc yaralanıb, onun atası və iki yaxın qohumu isə qarşıdurma nəticəsində həlak olub.

Cinayəti törədən şəxsin özünün də yaralandığı və polis nəzarəti altında xəstəxanada müalicə aldığı bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun