Xırdalanda faciəvi şəkildə ölən kişinin kimliyi BİLİNDİ

17 Sentyabr 2024 18:15

Xırdalan şəhərində hündürlükdən yıxılan kişi ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri "Abşeron City" yaşayış kompleksində qeydə alınıb.

Ölən şəxsin 40-45 yaşlarında kişi olduğu bildirilir.

Xırdalan şəhəri "Abşeron City" yaşayış kompleksində hündürlükdən yıxılaraq ölən şəxsin Bəhmən Qurban oğlu Ağayev olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun