Metin Gürak Azərbaycan HHQ-nin komandanını qəbul edib - FOTO

17 Sentyabr 2024 17:44

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadəni qəbul edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, Ankarada keçirilən qəbulda Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Camal Kadıoğlu da iştirak edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun