İtalyan model xərçəngdən əziyyət çəkir - FOTO

17 Sentyabr 2024 22:44

İtalyan model Bianka Baltiyə yumurtalıq xərçənginin üçüncü mərhələsi diaqnozu qoyulub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə model sosial media hesabında yazıb. 

40 yaşlı Bianka xəstəxana otağından bir neçə foto paylaşaraq bu sözləri yazıb:

"Keçən bazar təcili yardım şöbəsinə müraciət etdim. Qarın ağrılarımın yumurtalıq xərçənginin üçüncü mərhələsindən qaynaqlandığı ortaya çıxdı. Bu, qorxu, gözyaşları və ağrı ilə dolu bir həftə idi. Qarşıda uzun bir yol var, amma bunun öhdəsindən gələcəyimi bilirəm".

Qeyd edək ki, model iki il əvvəl profilaktik mastektomiya əməliyyatı keçirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun