Sabah Mingəçevirdə su kəsiləcək.
Bu barədə Milli.Az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
"10 min kubmetrlik Mingəçevir mərkəzi su anbarının yuyulması və dezinfeksiyası işlərinin aparılması səbəbilə 18 sentyabr tarixində Mingəçevir şəhəri üzrə suyun verilməsində qismən fasilələr yaranacaq. Sakinlərdən həmin tarixdə su ehtiyatlarını görmələri xahiş olunur", - məlumatda deyilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun