Ana yeni doğulan körpəsini kanalizasiyaya atdı

17 Sentyabr 2024 16:41

Rusiya Federasiyasının Buryatiya Respublikasında ana yeni doğulmuş körpəsini kanalizasiyaya atıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə paytaxt Ulan-Ude şəhərində baş verib. Şübhəli şəxs valideynləri ilə fərdi evdə yaşayıb və hamilə olduğunu onlardan gizlədib.

Məlumata görə, körpə sağlam dünyaya gəlib. Ana onu kanalizasiyaya atıb və nəticədə körpə orada ölüb.

Qadın bu barədə dostuna danışıb, o da öz növbəsində hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda bu iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun