Dünyanın ən varlı idmançısı kimdir?

19 Sentyabr 2024 03:03

Dünyanın ən varlı idmançısı 2024-cü ildə Kriştiano Ronaldodur.

Milli.Az bildirir ki, onun illik qazancı təxminən 260 milyon dollara çatıb. Bu qazancın böyük hissəsi Səudiyyə Ərəbistanı Pro Liqasında Al Nassr klubunda oynadığı müddətdə aldığı maaşdan gəlir. Bundan əlavə, Ronaldo sponsorluq müqavilələri və digər kənar fəaliyyətlərdən 60 milyon dollar qazanıb.

İkinci sırada məşhur qolfçu Jon Rahm, üçüncü yerdə isə Lionel Messi yer alır. Onlar da böyük məbləğlər qazanaraq dünyanın ən zəngin idmançıları sırasında ön plandadırlar  .

Milli.Az