Təbrizdə məmurlar bəhailərin evinə hücum etdi

17 Sentyabr 2024 16:05

Sentyabrın 16-da təhlükəsizlik məmurları Təbriz şəhərində yaşayan bəhai təriqətinə mənsub olan bir neçə nəfərin evinə hücum edərək onlardan üçünü həbs edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Bildirilib ki, Əzəm Azmudə, Sina Əqdəs və İrəc Növrəstə adlı azərbaycanlılar həbs olunaraq naməlum yerə aparılıblar.

Onların həbs səbəbi barədə açıqlama verilməyib.

Bununla yanaşı daha iki təbrizli bəhainin də evinə basqın edildiyi, ancaq onların evdə olmadıqlarına görə saxlanıla bilmədikləri bildirilib.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun