Bakının mərkəzində ilan peyda oldu - Sakinlər təşviş içində - VİDEO

17 Sentyabr 2024 14:44

Paytaxtın Nərimanov rayonu, "Gənclik" metrosunun yaxınlığında sakinlər təhlükəli vəziyyətlə üzləşiblər.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, ərazidə yaşayanlar yaşayış evinin yaxınlığında ilanla qarşılaşıb.

Sakinlər onun təhlükəli növ olduğunu iddia edirlər.

Hadisə yerində olanlar vəziyyətdən narahatdırlar və ərazidə ilanların sayının artmasından ehtiyat edirlər.

Sözügedən görüntüləri təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun