Ermənistanın baş naziri Nikol Paşinyanın keçmiş müşaviri Arsen Xaratyan Gürcüstana buraxılmayıb.
Milli.Az report-a istinadən xəbər verir ki, bununla bağlı Arsen Xaratyan özünün sosial şəbəkə hesabında yazıb.
Xaratyanın verdiyi məlumata görə, o, Lüksemburqdan ölkəyə uçub və səhər saat 4-dən Tbilisi hava limanında olub.
Qeyd edək ki, A.Xaratyan Amerika Demokratiya Fondu NED və Soros Açıq Cəmiyyətinin Gürcüstan filialı ilə əməkdaşlıq edən gürcü-erməni nəşri "Aliq Media"nın təsisçisidir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun