Baş nazir: Gürcüstanın Qərblə münasibətləri Ukraynada müharibə bitdikdən sonra yaxşılaşacaq

17 Sentyabr 2024 14:39

Gürcüstanın Qərblə münasibətləri Ukraynada müharibə bitdikdən sonra yaxşılaşacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

"Müəyyən çətinliklər var, lakin mən inanıram ki, Ukraynada müharibə bitən kimi bütün problemlər həllini tapacaq və münasibətlər normal çərçivəyə qayıdacaq. Ukraynada müharibənin gələn il bitəcəyinə böyük ümid və inamımız var. Müvafiq olaraq, Gürcüstan hökuməti ilə tərəfdaşlarımız arasında münasibətlər də gələn ildən keyfiyyətcə yaxşılaşacaq", - Kobaxidze bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun