Peres oğlunun Bakıda keçirdiyi qəzadan sonra xəstəxanaya yerləşdirilib

17 Sentyabr 2024 13:49

Serxio Peresin atası oğlunun Azərbaycan Qran-Prisinin sonuncudan əvvəlki dövrəsində qəzaya uğramasından sonra xəstəxanaya yerləşdirilib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 65 yaşlı Antonio Peres Qaribay Mexikodakı evində hamamda huşsuz vəziyyətdə tapılıb.

Bu barədə "El Heraldo de Mexico" nəşri yazır.

O, Bakıda keçirilən "Formula-1" yarışından az sonra özünü pis hiss edib. Oğlu podiuma yaxın olduğu halda Karlos Saynsla toqquşub və yarışdan çıxıb.

Gələn təcili tibbi yardım həkimləri ata Peresdə infarktdan əvvəlki vəziyyət diaqnozu qoyub. Onu təcili xəstəxanaya yerləşdiriblər. İndi Serxionun atasının həyatı təhlükədə deyil.

"Peres Qaribay özünü yaxşı hiss edir və sağalır", - deyə Meksika nəşri yazıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun