Sentyabrın 19-27-də İspaniyanın Leon şəhərində gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyi keçiriləcək.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, yarışda 60-a yaxın ölkədən 367 (168 qadın + 199 kişi) idmançı iştirak edəcək.
Birinciliyə Azərbaycan yığmasının üzvləri də qatılacaq.
Heyətdə yer alan atletlərimiz: Elşən Məmmədov (61 kq), Ravin Alməmmədov (81 kq), Nurlan Məmmədzadə (89 kq).
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun