Millinin üzvləri əməliyyat olunublar

17 Sentyabr 2024 12:26

Sərbəst güləş üzrə milli komandanın 2 üzvü əməliyyat edilib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Avropa ikincisi və U-23 dünya çempionu Turan Bayramov sentyabrın 4-də sol çiynindən, Avropa çempionu və U-23 dünya çempionu Əliabbas Rzazadə isə həm sol çiynindən, həm də sol biləyindən əməliyyat olunub.

Hər iki cərrahiyyə əməliyyatını "Liv Bona Dea" hospitalının baş həkimi Elxan Qasımov həyata keçirib. Turanın 5, Əliabbasın isə 6 aydan sonra milli komandanın təlim-məşq proseslərində iştirakı gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun