Bakıda məktəb direktoru işdən çıxdı

17 Sentyabr 2024 11:07

Qaradağ rayonu, Lökbatan qəsəbəsi 106 nömrəli tam orta məktəbin direktoru Təranə Qasımova işdən çıxıb.

Milli.Az unikal-a istinadən xəbər verir ki, o, öz ərizəsi ilə vəzifəsindən ayrılıb. Yerinə isə müvəqqəti olaraq Təlim-tərbiyə işləri üzrə direktor müavini Validə Əkbərova gətirilib.

Qeyd edək ki, Təranə Qasımova 2014-cü ildən 106№-li tam orta məktəbin direktoru vəzifəsinə təyin olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun