Ümumdünya Şahmat Olimpiadası: Yığmalarımız Qazaxıstana qarşı

17 Sentyabr 2024 11:06

45-ci Ümumdünya Şahmat Olimpiadasının VII turunda Azərbaycan millilərinin rəqibləri müəyyənləşib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, VII turda kişilərdən ibarət millimiz Qazaxıstanla qarşılaşacaq.

Şahmatçılarımız 8 xalla 22-ci pillədə qərarlaşıblar.

Qadınlardan ibarət yığmamız da Qazaxıstanla qarşılaşacaqlar. Komanda hazırda 10 xalla 10-cu pillədə yer tutur.

Qeyd edək ki, sentiyabrın 17-si Olimpiadada istirahət günüdür, VII turun oyunları sabah keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun