İranda avtobus aşıb: ölənlər və yaralananlar var

17 Sentyabr 2024 10:43

Ötən gecə yerli vaxtla 02:20 radələrində İranın Yəzd vilayətində sərnişin avtobusu aşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin yerli KİV-lərinə İranın yol polisi rəisi Həsən Momeni deyib.

Onun sözlərinə görə, Buşehr vilayətindən Rəzəvi Xorasan vilayətinə gedən sərnişin avtobusunun aşması nəticəsində 10 nəfər ölüb, 36 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

İranlı polis rəisi qeyd edib ki, avtobusun aşmasına səbəb onun əsas yoldan çıxaraq mədən yoluna keçməsi olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun