Mənsum İbrahimovdan Təyyarın oğluna qadağa

17 Sentyabr 2024 11:51

Əməkdar artist Təyyar Bayramov uzun müddət sonra ilk dəfə oğlu Kənan Bayramovla efirə çıxıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xanəndənin ad gününə həsr edilən "Qonaqcanlı"da oğlu studiyaya gələrək, onunla birlikdə mahnı oxuyub. 

T.Bayramov "Dəvət etmisiniz, amma Kənanın mənimlə oxumasına hələ çox var. Kənan ikinci kursa keçib. Mənsum İbrahimov (Xalq artisti - red.) onun ustadıdır. O, oxumasına hələ icazə vermir" sözlərini deyib. 

O bildirib ki, oğlunun səsinə görə bir müddət oxumasına icazə verilmir:

"Kənanın səsinə əziyyət olmaz. İnanırıq ki, yaxın vaxtlarda qaydasına düşəcək".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun