Aylardır qəzalı vəziyyətdə olan Saray körpüsü bağlanır? - AÇIQLAMA

17 Sentyabr 2024 14:00

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün təmirə bağlanacağı bildirilir.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.

"Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün təmirə bağlanacağı ilə bağlı məlumatlar həqiqətə uyğun deyil".

Milli.Az bildirir ki, bu məlumatı Oxu.Az-a açıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev deyib.

"Körpünün bağlanması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Körpüyə gedən yolda qaz xəttinin çəkilməsi ilə bağlı tədbirlər görülür. Yol açıqdır", - deyə E.Qocayev vurğulayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun