Beynəlxalq terrorçuluqla mübarizədə bu, vacibdir - Əli Nağıyev

17 Sentyabr 2024 09:38

Beynəlxalq terrorçuluqla və bütövlükdə təhlükəsizlik sisteminə təhdid hesab olunan hallarla mübarizədə xüsusi xidmət orqanlarının fəaliyyətinin koordinasiyalı şəkildə təmin edilməsi vacibdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən təhlükəsizlik forumunda DTX-a rəisi Əli Nağıyev deyib.

DTX rəisi qeyd edib ki, builki forumun COP29 ərəfəsində keçirilməsinin təsadüfi olmayıb:

"Enerji resurslarının daşınmasında istifadə olunan nəqliyyat xətlərini hədəf alan terror-təxribat aktlarının qlobal xarakterli iqtisadi və ekoloji fəlakətlərə səbəb ola biləcəyindən və bu xüsusda birgə səylərin daha da gücləndirilməsinin və ümumi fəaliyyətin səmərəliliyinin artırılması zəruridir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun