Aynur Yusifova: “Yarış yüksək şəkildə keçirildi”

17 Sentyabr 2024 09:22

"Yarış yüksək şəkildə keçirildi".

Milli.Az xəbər verir ki, bunu İdman.Biz-ə akrobatika üzrə Azərbaycan millisinin məşqçisi Aynur Yusifova Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılama mərasimində deyib.

O, Portuqaliyanın Gimaraeş şəhərində akrobatika üzrə yaş qruplarının ümumdünya yarışlarında iki qızıl medal qazanan Azərbaycan millisinin çıxışını dəyərləndirib: "Nəticəmizdən çox razıyıq. Əziyyəti olan hər kəsi təbrik edirəm. Federasiyamıza minnətdarıq ki, bizə daim diqqət və qayğı göstəriblər. Yarışa yollanmazdan öncə də çox inanırdıq ki, qızıl medal qazanacağıq".

Yusifovanın sözlərinə görə, qızlar medal qazanan zaman sevincdən gözləri dolub: "Baş məşqçimizin özü Azərbaycanda olsa da, qızların çıxşını canlı-canlı izləyirdi. Hamımız çox sevindik. Hazırda böyüklər arasında dünya çempionatımız davam edir. İnanırıq ki, onlar da qızıl medallarla geri dönəcəklər".

Qeyd edək ki, 13-19 yaşlı idmançılar arasında keçirilən yarışda Nəzrin Zeyniyeva, Zöhrə Rəşidova və Anahitə Bəşirlidən ibarət Azərbaycan qadın qrupu finalda uğurlu çıxış edib.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun