Ucarda ağır qəza - Ölən var - YENİLƏNİB - FOTO

17 Sentyabr 2024 10:50

10:50

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ucar rayonunun Müsüslü kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "DAF" markalı yük avtomobilinin "Mitsubishi" markalı minik avtomobilinə çırpılması nəticəsində 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

----------
09:08


Ucarda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ucar rayon ərasizindən keçən hissəsində baş verib.

Gəncə sakini idarə etdiyi TIR-la hərəkətdə olarkən idarəetməni itirib və nəticədə yol kənarında dayanmış minik avtomobilinə çırpılıb.

Hadisə zamanı minik avtomobilinin sürücü Ömərov Xıdır hadisə yerində dünyasını dəyişib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun