Qurban İsmayılov aparıcılıq edəcək - Bu kanalda

17 Sentyabr 2024 09:30

Xalq artisti Qurban İsmayılov aparıcılıq edəcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" proqramında məlumat verib. Aktyor özünü ilk dəfə aparıcı kimi sınayacağını bildirib:

"Əslində buna aparıcılıq kimi yox, yeni bir rol kimi baxıram. Düşünrəm ki, hər bir proqram mono tamaşa kimi olacaq. Heç vaxt gözləməzdim ki, belə bir təklif gələcək. Proqram keçmişdə baş verən ictimai-siyasi, mədəni, kriminal hadisələrdən bəhs edir. O hadisələr içində olan şəxslərdən danışacağıq. Çəkilişlər artıq olub. Tezliklə Xəzər TV-də yayımlanacaq".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun