Qızıl medal qazanan millimiz Vətənə dönüb

17 Sentyabr 2024 08:03

Portuqaliyanın Gimaraeş şəhərində akrobatika üzrə yaş qruplarında ümumdünya yarışlarında qızıl medal qazanan millimiz Vətənə dönüb.

Milli.Az İdman.biz-ə istinadən xəbər verir ki, idmançılar Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının üzvləri, idman ictimaiyyəti, ailə üzvləri və yaxınları tərəfindən alqışlarla qarşılanıblar.

13-19 yaşlı idmançılar arasında keçirilən yarışda Nəzrin Zeyniyeva, Zöhrə Rəşidova və Anahitə Bəşirlidən ibarət Azərbaycan qadın qrupu finalda uğurlu çıxış edib.

Gimnastlarımız ən yaxın izləyiciləri - İsrail və Portuqaliyadan olan rəqiblərini qabaqlayıblar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun