Konqoda gəmi qəzası: 50 nəfər itkin düşdü

17 Sentyabr 2024 00:50

Konqo Demokratik Respublikasının cənub-qərbində Kvanqo çayında gəminin batması nəticəsində azı 4 nəfər ölüb, daha 50 nəfər itkin düşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Kvanqo əyalətinin vitse-qubernatoru Remi Saki jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, göyərtəsində 150 nəfərin olduğu gəmi körpünün dayağına çırpılaraq batıb.

O qeyd edib ki, 100-dən az adam xilas edilib, itkin düşənlərin axtarışı davam etdirilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun