Bu, ABŞ-ın Gürcüstana qarşı təhqiridir - Mdinaradze

17 Sentyabr 2024 06:35

ABŞ-ın sanksiyaları bir tərəfdən polisə, digər tərəfdən quruma təhqir, üçüncü tərəfdən gürcü xalqının seçiminə və iradəsinə təsir etmək cəhdidir

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Gürcü Arzusu Partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.

"Bu, Gürcüstan seçkilərinə müdaxilədir", - Mdinaradze vurğulayıb.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək. Bu gün isə ABŞ Gürcüstan DİN-in 4 rəsmisinə sanksiya tətbiq edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun