“Real”ın futbolçusu 3 aylıq sıradan çıxdı

17 Sentyabr 2024 00:45

"Real"ın yarımmüdafiəçisi Brahim Diaz zədələnib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu İspaniya La Liqasının 5-ci turunun "Real Sosyedad"la səfər matçında ( 2:0) sıradan çıxıb. O, bud əzələsindən zədə alıb.

Həkimlər Diazın sağalmasının təxminən 3 ay çəkəcəyini proqnozlaşdırırlar. Lakin onun yaşıl meydanlara 2025-ci ildə qayıtması ehtimalı da var. 

Qeyd edək ki, bu mövsüm Diaz "Real"ın heyətində bütün turnirlərdə 6 oyun keçirib, 1 qol vurub və 1 qolun ötürməsini verib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun