Türkiyədə Narin və Sıladan sonra iki yaşlı körpə çöldə ölü tapıldı: Növbəti qətl hadisəsi?

16 Sentyabr 2024 23:33

Türkiyənin Konya şəhərində iki yaşlı körpə ailəsi tərəfindən tarlada ölü tapılıb.

Bu barədə Milli.Az oxu.az-a istinadən xəbər verir.

Konyanın Kulu rayonunun Karapınar məhəlləsində soğan tarlasında çalışan mövsümi fəhlə ailəsi iki yaşlı körpələri Yusuf Ç-ni çadırda hərəkətsiz görüb. Ailəsi tərəfindən xəstəxanaya aparılan körpənin öldüyü müəyyən edilib.

Ölüm hadisəsində şübhəli məqamlar olduğu üçün məsələ ilə bağlı istintaq başlanıb.

Xatırladaq ki, Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan səkkiz yaşlı Narin Güranın işi çərçivəsində istintaq davam edir.

Həmçinin, Türkiyənin Tekirdağ vilayətinin Malkara rayonunda iki yaşlı körpə qız uşağının qonşularının 13 və 14 yaşlı oğulları tərəfindən döyülərək cinsi istismara məruz qalması ilə bağlı istintaq davam edir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun