Millimiz İngiltərə və İspaniya ilə eyni qrupda

16 Sentyabr 2024 20:48

Çimərlik futbolu üzrə Azərbaycan yığmasının 2025-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki rəqibləri məlum olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, millimiz A qrupunda yarışacaq.

Komandamızın rəqibləri İspaniya, İngiltərə və Gürcüstan olacaq. Seçmə mərhələsində 24 yığma 4 vəsiqə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, qrup oyunlarına İspaniyanın Kadis şəhəri evsahibliyi edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun