Kiyevə icazə versək, münaqişənin bir hissəsi olmayacağıq

16 Sentyabr 2024 20:54

Alyans ölkələri Kiyevə Rusiya ərazisini Qərb silahları ilə vurmağa icazə verərsə, NATO Ukraynadakı münaqişənin bir hissəsi olmayacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib .

"Münaqişənin bir hissəsinə çevriləcəyik" demək yanlışdır", - o deyib.

Stoltenberq həmçinin əlavə edib ki, NATO İran və Şimali Koreyanı Moskvaya hərbi yardımla bağlı münaqişənin bir hissəsi hesab etmir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun