Rumıniyada güclü zəlzələ oldu

16 Sentyabr 2024 20:14

Rumıniyanın Vranca seysmik zonasında 5,2 maqnitudalı zəlzələ olub.

Milli.Az report-a istinadən xəbər verir ki, mənbəyi 140 km dərinlikdə yerləşən zəlzələ ölkənin bir çox yerində, həmçinin, Bolqarıstan, Moldova və Ukraynada hiss olunub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bu, 2024-cü ildə Rumıniyada qeydə alınan ən güclü zəlzələdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun