Qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə qalxdı

16 Sentyabr 2024 22:40

ICE Futures birjasında qəhvənin qiyməti son 13 ilin ən yüksək səviyyəsinə qalxıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu birjanın saytındakı məlumatlar sübut edir.

ICE Futures birjasında dekabr ayı "Arabica" qəhvə fyuçersləri 3,3% bahalaşaraq funt-sterlinq üçün 2,68 dollara (kq üçün 5,9 dollar) çatıb. 2024-cü ilin əvvəlindən daha ucuz "Robusta" qəhvə dənələrinin qıtlığı fonunda qiymətlər təxminən 40% artıb.

"Bloomberg"ə görə, qəhvə fyuçersləri tədarük çatışmazlığı qorxusu ilə kəskin artıb. Bazar iştirakçıları bu çeşidin dünyada ən böyük tədarükçüsü olan Braziliyada qəhvə istehsalının azalacağını gözləyirlər. İstilər və quraqlıq ölkədə qəhvə plantasiyalarına böyük ziyan vurub.

2024-cü ilin may-avqust ayları arasında dünya qəhvəsinin təxminən 1/3-mi istehsal edən Braziliyanın bir neçə kənd təsərrüfatı bölgəsi 1981-ci ildən bəri ən pis quraqlıqla üzləşib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun