Nəqliyyatda inqilab: "Tesla" innovativ ELEKTRİKLİ QATARINI təqdim edir

16 Sentyabr 2024 21:52

Elektrikli nəqliyyat vasitələri sahəsində innovativ həlləri ilə tanınan "Tesla" şirkəti bir daha dünyanı təəccübləndirib. Bu dəfə elektromobil istehsalçısı Berlindəki (Almaniya) "Gigafactory" zavodunun ərazisində yerləşən "Erkner" stansiyası ilə yeni "Tesla Süd" stansiyası arasında hərəkət edəcək unikal "Giga Train" elektrik qatarını istismara verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Tarantas news" xəbər yayıb.

Bildirilir ki, "Giga Train"in əsas vəzifəsi "Tesla" zavodunun işçilərini daşımaqdır. Gözlənilir ki, o, gündə təxminən 4 500 nəfəri işə və geri daşıyacaq. Bu, təkcə işçilər üçün rahat və ekoloji cəhətdən təmiz nəqliyyatı təmin etməyəcək, həm də zavodun dayanacaqları və yerli yollardakı yükü azaldacaq. Qatar 120 oturacaq yerinə malikdir və bir səfərdə 500-ə qədər sərnişin daşıya bilir.

"Giga Train" "Toshiba" istehsalı olan litium-titan oksid batareyaları ilə təchiz edilib ki, bu da ona elektrikləşdirilmiş yollardan enerji almadan yalnız elektrik enerjisi ilə 120 km-ə qədər məsafə qət etməyə imkan verir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun