DİQQƏT! Bu gün və növbəti günlərdə... - Əhaliyə xəbərdarlıq

16 Sentyabr 2024 17:54

Bu gün və növbəti günlərdə G1(zəif) - G3 (güclü) səviyyəli geomaqnit qasırğası gözlənilir.

Milli.Az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, proqnoz günlərində (16-22 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15% təşkil edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun