Bu qidalar xərçəng və diabet riskini artırır - XƏBƏRDARLIQ

17 Sentyabr 2024 04:04

Mütəxəssislər illərdir ki, paketləşdirilmiş qidalar ilə bağlı həyəcan təbili çalır. Paketləşdirilmiş qidaların əksəriyyətinin tərkibində xərçəng əmələ gətirən saxta şəkər olduğu ilə bağlı iddialar da mövcuddur.

Bəs bu qidaların tərkibində saxta şəkər varmı?

Milli.Az bildirir ki, mövzu ilə bağlı Sfera.az-a danışan Qida Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, paketləşdirilmiş qidaların bir çoxunun tərkibində qarğıdalı və qlükoza siropu, nişasta əsaslı şəkər, süni dadlandırıcılar və şəkər qamışı kimi maddələr var.

"Onlar isə orqanizmdə yağa çevrilən toksik maddələrdir. Elə bir dövrə gəlib çatmışıq ki, tərkibində şəkər əlavəsi olmayan məhsul tapmaq çətinləşib. Ötən əsrin 80-ci illərindən qidalarda saxta şəkər əlavələrindən istifadə edilir. Həmin dövrdən xərçəng xəstələrininin, köklükdən əziyyət çəkənlərin və iflic keçirənlərin sayı günbəgün artır".

Məhsəti Hüseynova qeyd edib ki, qarğıdalı siropu normal şəkərdən daha ucuz əldə edilir.

"İstehsalçılar minimal xərclərlə maksimum qazanc əldə etmək istəyirlər. Qarğıdalı siropu ürək-damar siteminə mənfi təsir edir. Bu sirop insanların kökəlmə prosesini sürətləndirir. Şəkər çuğundurundan əldə edilən şəkərin 50 faizi qlükoza, 50 faizi isə früktozadır. Qarğıdalı siropunda isə 20 faiz qlükoza, 80 faiz früktoza mövcuddur. Früktoza isə qüvvətli dadlandırıcıdır. Orqanizmə daxil olan früktoza mənimsənilib qaraciyərə daxil olur. O, sürətlə şəkərə çevrilir. Bu maddəni həddən artıq çox qəbul etdikdə köklük, diabet, qaraciyər yağlanması və yüksək təzyiq yaranır".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun