Bakıda ağır qəzada xəsarət alan kişini həyat yoldaşı və oğlu tərk etdi - FOTOlar

16 Sentyabr 2024 17:05

Bakıda baş verən indi qeyd edəcəyimiz ailə dramı çoxlarını təəccübləndirdi.

Milli.Az titul.az-a istinadən xəbər verir ki, ağır qəzaya düşən kişini ailəsi tərk edib.

Bu barədə Fidan Cəfərovanın aparıcısı olduğu "Yeraltı" verlişində metroda mikrafon uzadılan bir kişi danışıb. O başına gələn tükürpədici hadisəni kamera qarşısında danışıb.

Təxminən 55-60 yaşlarında olan şəxs bildirib ki, 30 illik həyat yoldaşı onu bilmədiyi səbəbdən tərk edib:

"Bir qəzaya düşdüm. Maşın da əzildi, özüm də. Bu hadisədən 4 gün sonra həyat yoldaşım məni tərk etdi. Oğlum da onunla bir yerdə. Heç o gün, bu gün axtarıb soruşmurda ki, ata necəsən. Belə sevgi olur? Səbəbsiz yerə... Bu günə kimi niyə getdiklərini anlaya bilmirəm. Bir səbəb yox idi".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun