Xankəndi "meri"nin avtomobili müsadirə olundu

16 Sentyabr 2024 18:06

Xankəndi şəhərinin işğalı zamanı onun meri olmuş Davit Sarkisyanın avtomobili müsadirə olunub. 

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, bu barədə "mer"in vəkili Roman Yeritsyan açıqlayıb. 

Onun sözlərinə görə, avtomobil Davit Sarkisyanın hazırda apardığı cinayət prosesi çərçivəsində müsadirə edilib, söhbət dələduzluq işindən gedir.

Qeyd edək ki, separatçı rejimin nüemayəndəsi xüsusilə külli miqdarda əmlak oğurluğu və saxtalaşdırma maddəsi ilə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 255-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndi və 457-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun