Gəncədə vəzifəli şəxs vəfat etdi

16 Sentyabr 2024 16:26

Azərbaycan Sahibkarlar Konfederasiyasının Gəncə bölməsinin rəhbəri Afina Babayeva qəfil vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, A.Babayeva Gəncə şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, Afina Babayeva uzun illər bank sektorunda çalışıb. O, müxtəlif bankların regional nümayəndəliyinin rəhbəri olub.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun