Qızılın qiyməti yeni rekord vurub

16 Sentyabr 2024 15:40

Dünya bazarında qızılın 1 unsiyasının qiyməti 0,4 % artaraq 2 589 ABŞ dollarına çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, "Qızılın qiyməti, Federal Ehtiyatlar Sisteminin (FES) 17-18 sentyabr iclası ərəfəsində yeni rekord səviyyə yüksəlib. Gözlənilir ki, bu, faiz dərəcəsinin ən azı 25 baza bəndi azaldılması ilə nəticələnəcək", - məlumatda bildirilib.

Qiymətli metala dəstək, həmçinin ABŞ dollarının zəifləməsi olub. Dolların ucuzlaşması keçmiş prezident Donald Trampa sui-qəsd cəhdindən sonra baş verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun