İspaniyalı DJ-dən Aygün Kazımova ilə bağlı AÇIQLAMA

17 Sentyabr 2024 07:25

Niderlandda yaşayan məşhur ispan dicey Cuan "RadiOcto"ya müsahibə verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hər il "Avroviziya" ilə bağlı partilərdə dicey olan Cuan maraqlı açıqlaması ilə diqqət çəkib. 

Belə ki, jurnalistin "Azərbaycanda elə bir müğənni tanıyırsınız ki, "Avroviziya"ya gəlməsini istərdiniz" sualına Cuan belə cavab verib:

"Aygün Kazımova möhtəşəmdir. O, Azərbaycanı "Avroviziya"da təmsil etməlidir. Düşünürəm ki, Azərbaycan onda bir daha qalib olacaq".

O bildirib ki, Pop kraliçanın ifa tərzini çox sevir və onu "Avroviziya"da qalib görür. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun