Paşinyan: Cənubi Qafqazda münaqişələrə son qoyulması üçün tarixi imkan var - YENİLƏNİB

16 Sentyabr 2024 16:41

16:41

Cənubi Qafqazda münaqişələrə son qoyulması üçün tarixi imkan var.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Tbilisidə rəsmi səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan həmkarı İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata açıqlamasında deyib.

O, Azərbaycan və Ermənistan arasında sülhdən yalnız iki ölkənin deyil, Türkiyə, Gürcüstan və İranın da faydalanacağnı deyib.

---------
16:18

Ermənistan və Azərbaycan sülh razılaşmasının mətninin 80 faizini razılaşdırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın hökumət başçısı İrakli Kobaxidze ilə mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, sərhədlərin delimitasiyası məsələsində də müəyyən irəliləyiş əldə olunduğunu qeyd edib.

Paşinyanın sözlərinə görə, region ölkələri arasında münasibətlər qarşılıqlı hörmət, ümumi maraqlar və hərtəfəli inkişafa yönələn iqtisadi əməkdaşlığa əsaslanmalıdır.

-------------
15:07


Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə ölkəyə işgüzar səfərə gələn Ermənistan hökumətinin başçısı Nikol Paşinyan arasında görüş başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, təkbətək görüş Paşinyanın rəsmi qarşılanma mərasimindən sonra başlayıb.

Daha sonra geniş tərkibdə danışıqlar aparılacaq, bundan sonra isə tərəflərin mətbuata bəyanatlarla çıxışı gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun