Azərbaycanda ilk dərs günü məktəbli bıçaqlandı

16 Sentyabr 2024 13:48

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Səfikürd kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin 11-ci sinif şagirdi Musayev Ramal Röyal oğlu şagird yoldaşı Həsənəliyev Arif Elsevər oğluna bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun