Atası diplomat olan İdilə yeni vəzifə verildi - FOTO

16 Sentyabr 2024 14:15

Atası diplomat olduğu üçün gözəllik müsabiqəsində birinci yeri tutduğu deyilən İdil Bilgendən xəbər var.

Milli.Az haberler-ə istinadla bildirir ki, "Miss Turkey" gözəllik müsabiqəsində birinci olduqdan sonra bütün dünya mətbuatında geniş müzakirələrə səbəb olan, hər yerdə ələ salınan İdil Bilgenə yeni vəzifə verilib.

Görünüşünə görə birinci yerə layiq olmadığı düşünülən İdil Bingöl vilayətindəki xəstəxanaların birində işləyəcək.

Qeyd edək ki, İdil Bilgen tibb fakultəsindən məzun olub.

İsmayıl
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun