"Sənin ad günlərini daha təbrik edə bilməyəcəyəm" - FOTO

17 Sentyabr 2024 07:04

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu mərhum anası ilə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, musiqiçi arxiv fotosuna bu sözləri yazıb:

"Axı mən haradan bileydim ki, sənin ad günlərini daha təbrik edə bilməyəcəyəm. Dolanmaq üçün bizə hər ay verilən pulu qonşumuza verirdi ki, məni musiqi məktəbinə aparıb gətirsin. Səhhətinə görə özü apara bilmirdi. Allah sənə rəhmət eləsin, ana. Kimin anası varsa qulluğunda dayansın, hər gün ziyarət edin. Çünki onun ətrini, nəfəsini heç kim əvəz edə bilməyəcək".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun