Fərdanın oğlunun məktəb sevinci - VİDEO

16 Sentyabr 2024 13:47

Aktyor Fərda Xudaverdiyevin oğlu Raul birinci sinfə gedib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkədə paylaşım edib. 

"Övladım birinci sinfə başladı. Allah bütün balaları qorusun" deyə, Fərda paylaşımında bildirib.

Qeyd edək ki, Raul Fərdanın ikinci evliliyindən olan övladıdır. Onun bu nikahdan daha bir oğul övladı var. Fərdanın ilk evliliyindən də iki oğlu var. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun