Fransa Ermənistana 29 milyon avro ayıracaq

16 Sentyabr 2024 10:24

Bunu ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında Fransanın xarici işlər naziri Stefan Sejurne deyib. 
  
Milli.Az bildirir ki, o həmçinin ölkəsinin rəsmi İrəvanla müdafiə sahəsində əməkdaşlığı davam etdirəcəyini, bu amilin regionda vəziyyəti gərginləşdirməyə yönəlmədiyini vurğulayıb. 

S. Sejurnenin sözlərinə görə, Fransa Qarabağı könüllü tərk etmiş ermənilərə yardım məqsədilə 29 milyon avro ayıracaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun